40 kq narkotik dövriyyədən çıxarılıb

   40 kq narkotik dövriyyədən çıxarılıb
  23 Aprel 2021    Oxunub:1355
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, 3 qrama yaxın marixuana və rayon ərazisindəki yaşayış sahələrinin birindəki yarımtikilidə gizlətdiyi 25 kiloqram marixuana aşkar edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hüseynov Binəqədi rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 29 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 kiloqram 135 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 868 qramdan artıq tiryək götürülüb.


Azvision.az



Teqlər:





Xəbər lenti