Yasamalda sökülməkdə olan evlər yandı - YENİLƏNİB

  21 Aprel 2021    Oxunub : 2542
Yasamalda sökülməkdə olan evlər yandı -  YENİLƏNİB
Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Azvision.az-a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Azvision.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az

Teqlər: Yanğın   FHN   Ev