Sağalanların sayı yenə yoluxanlardan çox oldu

  21 Aprel 2021    Oxunub : 1328
   Sağalanların sayı yenə yoluxanlardan çox oldu
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 2480 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 679, ötən müddət ərzində isə ümumilikdə 3 141 335 test aparılıb.

Azvision.az

Teqlər: Koronavirus