“YAŞAT” indiyədək 63 qazini Türkiyəyə göndərib

   “YAŞAT” indiyədək 63 qazini Türkiyəyə göndərib
  21 Aprel 2021    Oxunub:1951
“ “YAŞAT” Fondu yarandığı gündən 4 istiqamət üzrə fəaliyyətini davam etdirir. Bu fəaliyyətlər çərçivəsində daha 12 qazi bu gün Türkiyəyə yola salınıb”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, bu günə qədər Fond tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazilərin sayı 63 nəfər təşkil edir:

"Onlardan 7-si artıq sağalaraq Vətənə dönüb, 56 ağır yaralı qazimizin Türkiyədəki müalicəsi davam edir. Qarşıdakı günlərdə də bu proses tərəfimizdən davam etdiriləcək".

Onun sözlərinə görə, qazilər o halda ölkə xaricinə aparılır ki, səhiyyə müəssisələri həmin qazinin müalicəsinin ölkə daxilində mümkün olmadığı təsdiqləyir.

Fond rəhbəri əlavə edib ki, bu günə qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb, bu vəsaitin 18 milyonu təyinatı üzrə xərclənib.

Azvision.az


Teqlər: YAŞAT   Fond   Qazi   Türkiyə  





Xəbər lenti