Bakı sakinindən 1 kq-dan artıq heroin götürülüb

Bakı sakinindən 1 kq-dan artıq heroin götürülüb
  21 Aprel 2021    Oxunub:1644
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini P.İsmayılov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, axtarış zamanı ondan 9 qramdan artıq heroin, 9 qramdan artıq metamfetamin, 1 ədəd elektron tərəzi, 1000 manat pul, 1 ədəd plastik kart aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı Nəsimi rayonu ərazisində yerləşən otelə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin, 530 qram metamfetamin, 900 ədəd preqabalin həbi, 185 ədəd “midrax tropicamid” məhlulu və 2 ədəd elektron tərəzi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti