Polis Şəki və Oğuzda koronavirus xəstələrini saxladı

Polis Şəki və Oğuzda koronavirus xəstələrini saxladı
  21 Aprel 2021    Oxunub:3607
Şəki və Oğuz Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb edilən Oğuz rayon sakini Elxan Bayraməliyev və Şəki şəhər sakini Hamil Lətifova sosial izolyasiya qaydalarına riayət edərək yaşadıqları ünvanları tərk etməmələri barədə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polis əməkdaşları tərəfindən küçədə aşkarlanıb.

Həmin şəxslər evlərinə geri qaytarılıb. Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti