Ağstafada yas mərasimi keçirənlər cərimələndi

Ağstafada yas mərasimi keçirənlər cərimələndi
  21 Aprel 2021    Oxunub:1589
Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az


Teqlər: DİN   Karantin   Yas   Mərasim  





Xəbər lenti