Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  21 Aprel 2021    Oxunub:1500
Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, binanın üçüncü mərtəbəsində elektrik naqilləri yanıb.

Yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülüb. Nəticədə yanğın söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti