14 yaşlı oğlan su kanalında batdı

14 yaşlı oğlan su kanalında batdı
  20 Aprel 2021    Oxunub:2194
Siyəzəndə 14 yaşlı oğlan su kanalında batıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: Siyəzən  





Xəbər lenti