Daşaltıda şəhid olan əsgərin nəşi ailəsinə təhvil verildi

  20 Aprel 2021    Oxunub : 1749
 Daşaltıda şəhid olan əsgərin nəşi ailəsinə təhvil verildi
İtkin düşən 2 hərbi qulluqçumuzun nəşi tapılıb.
Bu barədə Azvision.az -a Respublika Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, son günlər Silahlı Qüvvələrin hərbi qulluqçuları Cəfərov Təbriz İlqar oğlunun və Kərimli Qalası Müslüm oğlunun itkin düşmələri faktının araşdırılması ilə əlaqədar sonuncu dəfə onlarla birlikdə döyüşdə olmuş hərbi qulluqçuların müəyyən olunaraq şahid qismində dindirilməsi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ifadələrinin yerində yoxlanılması zamanı Tərtər rayonunun Talış kəndi yaxınlığında T.Cəfərova, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında isə Q.Kərimliyə məxsus olması güman edilən meyitlər tapılıb. DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi yolu ilə meyitlərin Təbriz Cəfərova və Qalası Kərimliyə məxsus olması müəyyən olunub, şəhidlərimizin nəşi yaxınlarına təhvil verilib.

Azvision.az

Teqlər: İtkin   Hərbi-qulluqçu