Sifarişlə avtomobil qaçıranlar ələ keçdi

Sifarişlə avtomobil qaçıranlar ələ keçdi
  19 Aprel 2021    Oxunub:2610
Nəqliyyat vasitəsi qaçırdığına görə tutulan R.İsmayılov və T.İmanovun Masallı rayonunda yaşayan M.Həsənovun sifarişi əsasında avtomobil qaçırmaları da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, nəqliyyat vasitəsi qaçırdığına görə tutulanlar - R.İsmayılov və T.İmanovun ətraflarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Masallı rayonunda yaşayan Rusiya Federasiyasının vətəndaşı, əvvəllər məhkum olunan M.Həsənovun sifarişi əsasında Girdəni kəndi ərazisindən Cil kənd sakini T.Rüstəmova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Avtomobil Masallı rayonu Türkoba kənd sakini A.Əliyevin yaşadığı evin həyətində yerləşən avtomobillərin təmiri sexində tapılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov saxlanılıb və ondan 5 qrama yaxın tiryək götürülüb. Onun Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti