Samuxda yanğın, 2 nəfər xəsarət alıb

  19 Aprel 2021    Oxunub : 1442
Samuxda yanğın,    2 nəfər xəsarət alıb
Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli köməkçi tikilinin içərisində həcmi 25 litr olan məişət qaz balonundan sızan qaz və məişət əşyaları 3 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Samux   Yanğın   FHN