Cinayət törədən 97 nəfər saxlanılıb

Cinayət törədən 97 nəfər saxlanılıb
  19 Aprel 2021    Oxunub:1361
Daxili İşlər Nazirliyi (DİN) aprelin 17-də və 18-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 68 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti