Daha 7 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Daha 7 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
  17 Aprel 2021    Oxunub:1482
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 16-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: DİN   Koronavirus  





Xəbər lenti