Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a bildiriblər ki, cari il yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları, 2 min manat məbləğində və 13 min 60 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Qasımova Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Azvision.az