Bakıda və Şəmkirdə evlərdən oğurluq edənlər saxlanıldı

Bakıda və Şəmkirdə evlərdən oğurluq edənlər saxlanıldı
  12 Aprel 2021    Oxunub:1483
Bakıda və Şəmkirdə oğurluq edən şəxslər tutulub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4 358 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov saxlanılıblar.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki evlərin birindən 5 400 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir şəhər sakini C.Məmmədli saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti