Koronavirusa yoluxsa da qaynatasının yasına getdi

Koronavirusa yoluxsa da qaynatasının yasına getdi
  12 Aprel 2021    Oxunub:2224
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi aktiv koronavirus xəstələrinin özünütəcrid qaydalarına əməl etməməsi hallarına rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, rayonun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymayıb. Ə.Ağayev rayon ərazisində qaynatasının yasına gedərək sanitar-karantin qaydalarını pozub.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə Ə.Ağayev yaşayış yerinə qaytarılıb. Onun barəsində qanuni tədbir görülüb. Həmçinin yas mərasimi keçirən Ə.Ağayevin qohumu olan 4 nəfər barəsində də inzibati protokollar tərtib edilib. Onlar 200 manat məbləğində cərimələniblər.

“Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik”, - deyə nazirlikdən bildirilib.

Azvision.az


Teqlər: DİN   Karantin  





Xəbər lenti