Cinayət törədən 65 nəfər saxlanılıb

Cinayət törədən 65 nəfər saxlanılıb
  12 Aprel 2021    Oxunub:1386
Respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, son iki gün ərzində 43 cinayətin üstü isti izlərlə açılıb. Əvvəlki dövrlərdən qalan 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borcu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadissi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti