Bakıda köməksiz qalan azyaşlı xilas edildi

Bakıda köməksiz qalan azyaşlı xilas edildi
  12 Aprel 2021    Oxunub:3098
Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Mənzil  





Xəbər lenti