Goranboyda gizli toy edənlər cəzalandırıldı

  11 Aprel 2021    Oxunub : 1813
Goranboyda gizli toy edənlər cəzalandırıldı
Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qızılhacılı qəsəbəsində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 6 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayonun Tapqaraqoyunlu kəndində də toy mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az

Teqlər: DİN   Toy