Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

   Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
  11 Aprel 2021    Oxunub:2525
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 538 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4582 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 087, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 812 təşkil edir.



Azvision.az



Teqlər: Koronavirus   Vaksin  





Xəbər lenti