Polis daha bir toyu yarımçıq dayandırdı

Polis daha bir toyu yarımçıq dayandırdı
  11 Aprel 2021    Oxunub:2198
Naftalan Şəhər Polis Şöbəsinə (RPŞ) şəhər ərazisində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 4 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti