Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı

Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi açıldı
  10 Aprel 2021    Oxunub:3034
Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 9-da şəhər ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslərdən 3-ü barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər 3 nəfər barəsində isə istintaq araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qaydalara ciddi riayət etmələrini xahiş edirik. Qeyd edək ki, özünütəcrid qaydalarını pozan bu virusun daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək”, - deyə qeyd olunub.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti