Ötən gün 47 yanğın olub - VİDEO

Ötən gün 47 yanğın olub -    VİDEO
  10 Aprel 2021    Oxunub:1602
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Azvision.az -a verilən xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 9 nəfər xilas edilib, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.



Azvision.az



Teqlər: FHN  





Xəbər lenti