Goranboyda ad günü keçirilməsinin qarşısı alındı

Goranboyda ad günü keçirilməsinin qarşısı alındı
  10 Aprel 2021    Oxunub:1581
Goranboy rayonunda ad günü şənliyi keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaradağlı kəndində ad günü şənliyinin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə şənlik keçirilməsinin qarşısı alınıb, şənlik iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: DİN   Goranboy  





Xəbər lenti