Balakəndə yas mərasiminin qarşısı alındı

Balakəndə yas mərasiminin qarşısı alındı
  09 Aprel 2021    Oxunub:1366
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə iki fərqli ünvanda yas mərasimləri keçirilməsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Qazma və Püştətala kəndləri ərazisində Şəhmir Eminov və Akif Abdullayevə məxsus fərdi yaşayış evlərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, yas mərasimləri keçirildiyi müəyyən edilib.

Həmin ünvanlara baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkar olunub. Mərasimləri təşkil edən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti