Ağdaşda 3 otaqlı ev yanıb

  07 Aprel 2021    Oxunub : 1112
Ağdaşda 3 otaqlı ev yanıb
Ağdaş rayonunun Qarağan Sədi kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın