Saatlı sakinindən sənədsiz silah götürüldü

Saatlı sakinindən sənədsiz silah götürüldü
  07 Aprel 2021    Oxunub:1603
Saatlı rayon sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mollavaizli kənd sakini Ziyafət Ağayarovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti