Azərbaycanda daha 37 nəfər koronavirusdan vəfat etdi

  07 Aprel 2021    Oxunub : 1254
Azərbaycanda daha 37 nəfər koronavirusdan vəfat etdi
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2595 yeni yoluxma faktı qeydə alınıb, 1073 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
İndiyədək ölkəmizdə ümumilikdə 276 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3780 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 28144 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 593, ötən müddət ərzində isə ümumilikdə 2 963 012 test aparılıb.



Azvision.az

Teqlər: Koronavirus   Pandemiya