Axtarışda olan şəxs oğurluğa görə tutuldu

Axtarışda olan şəxs oğurluğa görə tutuldu
  07 Aprel 2021    Oxunub:1379
Bakıda oğurluq hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də rayon ərazisindəki evlərin birindən 600 manat oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mövlamov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti