İcbari tibbi sığorta haqqını ödəməyənlər məsuliyyətə cəld olunacaq

   İcbari tibbi sığorta haqqını ödəməyənlər məsuliyyətə cəld olunacaq
  07 Aprel 2021    Oxunub:2487
Azərbaycanda icbari tibbi sığorta haqqını ödəməyənlər məsuliyyətə cəld ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub.

Dəyişiklikdə icbari tibbi sığorta haqlarını ödəməkdən yayınmanın cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Azvision.az


Teqlər: Tibbi-sığorta  





Xəbər lenti