80 manat borca görə döyüldü

80 manat borca görə döyüldü
  07 Aprel 2021    Oxunub:1298
Bakıda xuliqanlıq hadisəsi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, aprelin 5-də Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini K.Abdullayev həmin gün saat 23 radələrində qəsəbə ərazisində 80 manat borclu olduğu iki nəfərin onu döydüklərini, cibindən içərisində 80 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabısını götürdüklərini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əhmədov və N.Rəsulov müəyyən edilərək saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti