Bakıda “Toyota” yanıb

Bakıda “Toyota” yanıb
  06 Aprel 2021    Oxunub:1565
Bakıda avtomobildə yanğın hadisəsi olub.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Suraxanı rayonunda “Toyota” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti