Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır

Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır
  06 Aprel 2021    Oxunub:1612
Gürcüstan qonşu ölkələrlə quru sərhədlərini açmaq niyyətindədir. Hökumət hesab edir ki, quru sərhədlərinin açılması iqtisadiyyatın sürətli inkişafına təkan verəcək.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili bildirib.

Onun sözlərinə görə, qaydalara riayət etmək və peyvəndləmə prosesində fəal iştirak sərhədləri açmağa imkan verəcək:

“Hava sərhədləri ilə birgə quru sərhədləri də açmağa imkan verəcək tövsiyələrə ciddi şəkildə riayət etmək və peyvənd prosesində fəal şəkildə iştirak etmək çox vacibdir”.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti