Kürdə batan 71 yaşlı kişinin meyiti tapıldı

Kürdə batan 71 yaşlı kişinin meyiti tapıldı
  06 Aprel 2021    Oxunub:1535
Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunun axtarışları başa çatıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İ.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Meyit   Kür   Çay  





Xəbər lenti