Qubada dağlıq ərazidə yanğın olub

Qubada dağlıq ərazidə yanğın olub
  05 Aprel 2021    Oxunub:2166
Quba rayonunun Təngəaltı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 5 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə zolağı yanğından mühafizə olunub.
Azvision.az xəbər verir ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

Azvision.az


Teqlər: Quba  





Xəbər lenti