Silsilə oğurluq edən şəxs saxlanıldı

Silsilə oğurluq edən şəxs saxlanıldı
  05 Aprel 2021    Oxunub:1660
Xəzər rayonu ərazisindəki bir evdən və bir mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-dən aprelin 1-dək olan müddətdə rayon ərazisindəki bir evdən 200 manat məbləğində pul və 600 manat dəyərində qızıl-zinət əşyaları, bir mağazadan isə 300 manat məbləğində pul və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ablasanov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti