Göyçayda restoranda nişan keçirənlər cərimələndi

Göyçayda restoranda nişan keçirənlər cərimələndi
  05 Aprel 2021    Oxunub:1025
Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı şəhər ərazisində yerləşən restoranların birində karantin rejimi qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin obyektə gəlib və rayon sakini Kəmalə Məmişovanın qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün K.Məmişova, qonaqlar və restoran işçiləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti