2392 yeni yoluxma qeydə alındı, 31 nəfər vəfat etdi

 2392 yeni yoluxma qeydə alındı,   31 nəfər vəfat etdi
  03 Aprel 2021    Oxunub:2576
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 268714 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 240870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib, aktiv xəstə sayı 24196 nəfərdir.

Ölkədə son sutka ərzində 15585, hazırkı dövrədək isə 2916745 test aparılıb.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti