DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Ələmdar Şükürov Qərvənd kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, müvafiq araşdırmalarla onun barəsində protokol tərtib edilib.
Azvision.az