Oğurlanmış yağış barmaqlıqları bərpa olundu - FOTO

Oğurlanmış yağış barmaqlıqları bərpa olundu -    FOTO
  31 Mart 2021    Oxunub:1642
Səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Bakının Nobel prospektidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, prospektdə qısa müddət ərzində 97 ədəd barmaqlıq yoxa çıxıb. Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib.



Oğurluq faktı ilə əlaqədar olaraq agentlik tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib və qısa müddət ərzində yağış barmaqlıqlarını oğurlayanlar aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Oğurlanmış barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən yeni alınaraq çatışmayan yerlərə qoyulub.



Anoloji faktlar müxtəlif vaxtlarda mərkəzi küçə və prospektlər istisna olmaqla digər prospekt və yollarda da qeydə alınır. Sözügedən faktlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunub və qısa müddət ərzində həmin ərazilərdə səth sularının axıdılması üçün nəzərdə tutulmuş quyuların barmaqlıqlarının yerlərinə quraşdırılması təmin olunacaq.





Azvision.az


Teqlər: Nobel   Prospekt  





Xəbər lenti