“Ərəblərə ov etmək üçün icazə verilməyib” - Rəsmi açıqlama

 “Ərəblərə ov etmək üçün icazə verilməyib” -  Rəsmi açıqlama
  30 Mart 2021    Oxunub:3417
“Əcnəbi turistlərin Azərbaycana gəlməsi və harada qalmaları, hansı işlə məşğul olması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilmir. Bu, ümumiyyətlə bizim səlahiyyətimizdə deyil. Onların gətirdiyi ov ləvazimatlarına nəzarət edilə bilməz. Nazirlik buna qarışa bilmir".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib.

Rəis müavini bildirib ki, ölkəyə gələn turistlərin hərəkət marşrutlarına nəzarətlə bağlı qanunvericilikdə müddəa yoxdur.

"Qaxda qanunsuz ov edən ərəblərlə bağlı demək istəyirəm ki, onlar ovçu kimi qeydiyyatdan keçməyiblər və onlara ölkə ərazisində ov etmək üçün icazə verilməyib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ərəb   Ov   İcazə  





Xəbər lenti