"Baron"da karantini pozanlar cəzalandırıldı

"Baron"da karantini pozanlar cəzalandırıldı
  30 Mart 2021    Oxunub:1756
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan çay evi aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir zamanı Xırdalan şəhərində vətəndaş Elcan Qurbanovun işlətdiyi "Baron" çay evinin gecə saat 01:00 radələrində müəyyən edilən qaydalara zidd olaraq müştəriləri qəbul etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən obyektin sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.



Azvision.az


Teqlər: Abşeron   Karantin   Çay-evi  





Xəbər lenti