Bakı yollarında sıxlıq, avtobuslar gecikir

Bakı yollarında sıxlıq, avtobuslar gecikir
  30 Mart 2021    Oxunub:2367
Hazırda Bakının Qara Qarayev prospektinin metronun “Koroğlu” stansiyası istiqamətində, "20 Yanvar dairəsi"nin Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospektinin şəhər istiqamətində, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətində, Babək prospektinin mərkəz istiqamətində, Sabunçu-şəhər yolunun mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti