Kürün aşağı axınında suyun səviyyəsi artıb

Kürün aşağı axınında suyun səviyyəsi artıb
  29 Mart 2021    Oxunub:2446
Martın 29-da Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 1, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində 5, Kürəkçay-Çaykənd məntəqəsində 4 santimetr azalma qeydə alınıb. Bununla yanaşı, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçay-Şıxlar və Təngərüdçay-Vaqo məntəqələrində suyun səviyyəsi 4 santimetr azalıb, Lənkərançay-Sifidor məntəqəsində isə dəyişiklik qeydə alınmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, mart ayının üçüncü ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 79, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda normanın 54-205, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 36 faizini təşkil edir.

Martın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 280 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan çox olmaqla normanın 92 faizini təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 12 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 170 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan çox olmaqla normanın 152 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 10 santimetr artaraq 117, Bankə məntəqəsində 2 santimetr artaraq 111, Surra məntəqəsində 12 santimetr artaraq 312, Araz çayının Novruzlu məntəqəsində isə 12 santimetr artaraq 60 santimetr olub.

Azvision.az


Teqlər: ETSN   Kür   Çay  





Xəbər lenti