Daş karxanasında dəhşətli hadisə: Mişar kişinin başını kəsdi

 Daş karxanasında dəhşətli hadisə:  Mişar kişinin başını kəsdi
  29 Mart 2021    Oxunub:5281
Martın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən – kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nahiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Qaradağ  





Xəbər lenti