Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, paytaxtın Nizami rayonunda bir avtomobildən 1500 manat məbləğində pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini V.Şahbazov Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az