Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan O.Hidayətzadədən nömrəsi silinən və lüləsi kəsilən “TOZ-5” markalı ov tüfəngi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az