Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu
  29 Mart 2021    Oxunub:1246
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş S.Əsədullayev Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Astara rayonunda keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onun Ərçivan kəndindəki evinə baxış zamanı 428 qramdan artıq heroin və 5 qramdan çox metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Astara   Narkotik  





Xəbər lenti