Həyətində çətənə yetişdirən şəxs saxlanıldı

Həyətində çətənə yetişdirən şəxs saxlanıldı
  29 Mart 2021    Oxunub:2437
Corat qəsəbə sakininin həyətyanı sahəsindən 61 çətənə kolu götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 10 qrama yaxın tiryək, 3 qrama yaxın metamfetamin və metadon aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 61 çətənə kolu götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Corat   Qəsəbə   Sakin   Çətənə-kolu  





Xəbər lenti